e697a830-61cc-45d5-9643-207cfac3639a..jpg

“Barselona” ilk yay transferini indidən reallaşdırdı

Baxış sayı: 1. 012 dəfə baxılıb.

“Barselona” ilk yay transferini indidən reallaşdırdı

“Barselona” ilk yay transferini böyük ölçüdə reallaşdırıb.

Kataloniya klubu mövsümün sonunda “Atletik”lə müqavilə müddəti başa çatacaq
İniqo Martineslə anlaşıb. Tərəflər arasında son günlər aparılan danışıqlardan
sonra maaş və müqavilə müddəti mövzusunda razılıq əldə olunub. Bununla belə,
futbolçunun nümayəndələri klubun adının hallandığı korrupsiya qalmaqalından
təmiz çıxmasını və cəza almamasını gözləyir.

Xatırladaq ki, “Barselona” İspaniya Kral Futbol Federasiyasının Hakimlər
Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya rüşvət verməkdə
ittiham edilir.

31 yaşlı Martines “Real Sosyedad”ın yetirməsidir. 2018-ci ildə o,
San-Sebastian klubunu “Atletik”ə dəyişib. Mərkəz müdafiəçisi bu mövsüm Bilbao
təmsilçisinin heyətində bütün turnirlərdə 13 oyun keçirib.

Mənbə: “Relevo”

Source link