f8a8c1c2-ce57-4208-9101-32571d651654..jpg

“Barselona” Klublararası Dünya Çempionatına dəvət edilməyəcək

Baxış sayı: 560 dəfə baxılıb.

“Barselona” Klublararası Dünya Çempionatına dəvət edilməyəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) “Barselona”nı 2025-ci
ildə ABŞ-də yenilənmiş formatda keçiriləcək Klublararası Dünya Çempionatına
dəvət etmək niyyətində deyil.

Məlumata görə, La Liqa 2025-ci il Klublararası Dünya Çempionatında yalnız iki
komanda ilə təmsil oluna bilər. Onlardan biri 2021/2022 mövsümünün Çempionlar
Liqasının qalibi “Real Madrid”dir. Digəri isə İspaniya Primerasının başqa bir
təmsilçisi ola bilər ki, bu da “Barsa” deyil.

Belə ki, qurumla Kataloniya klubu arasında münasibətlərdə gərginlik mövcuddur.
Bu gərginliyə səbəb “Barsa” rəhbərliyinin Superliqa layihəsini dəstəkləməsi ilə
bağlı ola bilər.

Xatırladaq ki, klublararası dünya çempionatının yenilənmiş variantında 32
komanda iştirak edəcək: Avropadan 12, Cənubi Amerikadan 6, Afrika, Asiyadan 4,
Okeaniyadan isə 1 klub təmsil olunacaq. Turnirin özü ABŞ-də keçiriləcək.

Mənbə: championat.com

Source link