a02dff21-de2e-4a48-b855-2b8c3c5d7873.webp

“Barselona” klubunda ən çox maaş alan futbolçu kimdir?

Baxış sayı: 34 dəfə baxılıb.

“Barselona” klubunun ən çox qazanan futbolçusu müəyyənləşib.

Cixisyolu.com xəbər verir ki, bu, komandanın hücumçusu Robert Levandovskidir.

36 yaşlı polşalı futbolçu mövsüm ərzində 32 milyon avro qazanır. Daha əvvəl
isə ən çox qazanan futbolçu Frenki De Yonq idi.

Qeyd edək ki, R.Levandovski cari mövsüm bütün turnirlərdə doqquz matçda
iştirak edib, yeddi qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı
müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” portalı
futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.

Source link