03b3c5f6-2182-4e78-9c83-ec5fe1a40b06..jpg

“Barselona” La Liqa rəhbərliyi ilə Messinin mümkün qayıdışını müzakirə edəcək

Baxış sayı: 801 dəfə baxılıb.

“Barselona” La Liqa rəhbərliyi ilə Messinin mümkün qayıdışını müzakirə edəcək

“Barselona” Lionel Messini geri qaytarmaq fəaliyyətlərini davam etdirir.

Kataloniya klubunun nümayəndələri bu məqsədlə La Liqa rəhbərliyi ilə
görüşəcəklər. Gələn həftə keçiriləcək görüşdə argentinalının mümkün qayıdışı
müzakirə olunacaq. “Barsa” La Liqa rəhbərliyinin məsələyə münasibətini öyrənmək
istəyir.

Klub növbəti mövsüm üçün maaş limitinin azaldılması ilə bağlı plan hazırlayıb.
Katalonlar əmin olmaq istəyirlər, La Liqa rəhbərliyi bu keçidi reallaşdırmağa
icazə verəcək.

Messi PSJ ilə mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyəcək. Onun
“Barselona”ya qayıtmaq istədiyi bildirilir.

Mənbə: “Diario Sport”

Source link