d1577c34-9ec1-4f0d-abd9-401dc92f787f..jpg

“Barselona” La Liqa və avrokuboklardan kənarlaşdırıla bilər

Baxış sayı: 652 dəfə baxılıb.

“Barselona” La Liqa və avrokuboklardan kənarlaşdırıla bilər

“Barselona” İspaniya Kral Futbol Federasiyasının hakimlər texniki komitəsinin
keçmiş vitse-prezidenti Xose Neqreyraya rüşvət verməkdə ittiham olunur.

Məlumata görə, Barselona istintaq məhkəməsinin rəhbəri, işə rəhbərlik edən
Xoakin Agirre klubdan Neqreuraya 7,5 milyon avro ödənilməsini cinayət hesab
edib.

Neqreyranın özü, oğlu, həmçinin “Barselona”nın keçmiş prezidentləri Josep
Bartomeu və Sandro Rossel rüşvətxorluqda ittiham olunurlar.

Məhkəmənin mövqeyinə görə, heç bir vəzifəli şəxs vəzifəsinin icrasına görə
əlavə haqq almamalıdır. Məhkəmə “Barselona”nın günahını sübuta yetirərsə, klub
La Liqadan qovularaq İspaniya çempionatının ikinci divizionu olan Sequndaya
göndərilə, həmçinin avrokuboklarda iştirakdan kənarlaşdırıla bilər.

Qeyd edək ki, “Barselona”nın rüşvətxorluqda şübhəli bilinməsi faktı 2023-cü
ilin martında, klubdan Neqreyraya ödənişlər barədə məlumatın ortaya çıxması ilə
məlum olub. Həmin ayın sonunda UEFA potensial korrupsiya qalmaqalı ilə bağlı
araşdırmaya başladığını elan edib.

Mənbə: sport-express.ru

Source link