ef608ea6-84ee-4bac-8ac9-c185e6921e8f..jpg

“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər

Baxış sayı: 588 dəfə baxılıb.

“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” polşalı hücumçu Robert Levandovskini “Liverpul”un ulduzu Darvin
Nunyeslə əvəz edə bilər.

Məlumata görə, “Barsa” Nunyesi qarşıdakı yay üçün transfer hədəflərindən
birinə çevirib. Kataloniya klubu heyət xərclərini azaltmağı planlaşdırır və
yüksək maaş alan Levandovskidən qurtula bilər.

Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi
2026-cı ilə qədərdir. Bu mövsüm polyak bütün turnirlərdə 45 matçda iştirak
edib, 24 qol vurub, doqquz məhsuldar ötürmə edib.

Nunyes bu mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 18 qol vurub və 13
məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 70 milyon avro olaraq
qiymətləndirilir.

Mənbə: championat.com

Source link