6523384d-4bd8-4a26-a11e-9848c13422aa..jpg

“Barselona” prezidenti rüşvətxorluqda ittiham olunur

Baxış sayı: 772 dəfə baxılıb.

“Barselona” prezidenti rüşvətxorluqda ittiham olunur
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın prezidenti Joan Laporta İspaniya Kral Futbol Federasiyasının
texniki komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlə
bağlı rüşvətxorluqda ittiham olunanlar arasındadır.

Belə ki, məhkəmə işini aparan hakim Xoakin Agirre komandanın keçmiş
prezidentləri Xosep Bartomeu və Sandro Rosellə yanaşı, Laportanı və onun
rəhbərliyi dövründə “Barselona”nın direktorlar şurasında olan hər kəsi
məsuliyyətə cəlb etmək qərarına gəlib.

Qeyd edək ki, katalon klubu hər hansı qanun pozuntusunu rədd edib. Klub
prezidenti isə “Barselona”ya qarşı qarayaxma kampaniyası aparıldığından
şikayətlənib.

Mənbə: sportrbc.ru

Source link