1bca2a68-2053-422e-a2d0-c8c998c91116.webp

“Barselona” PSJ-nin təklifinə bu dəfə aldanmadı

Baxış sayı: 166 dəfə baxılıb.

“Barselona” futbol klubunun prezidenti Xuan Laporta gənc hücumçu Lamin Yamal
üçün 250 milyon avro məbləğində təklifi rədd edib.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano məlumat
yayıb.

Laporta potensial alıcının adını açıqlamasa da, idman jurnalisti bunun Kilian
Mbappenin əvəzedicisi kimi Yamalı nəzərdən keçirən “Pari Sen-Jermen” (PSJ)
olduğunu deyib.

Qeyd edək ki, 2023-cü ildə 15 yaşında “Barselona”nın əsas komandasında debüt
edən 17 yaşlı Yamal tezliklə həm klub, həm də İspaniya milli komandası üçün
əsas oyunçuya çevrilib. O, artıq Kataloniya klubu üçün 60-dan çox oyun keçirib
və İspaniya yığmasının son Avropa çempionatındakı qələbəsinə əhəmiyyətli töhfə
verib.

Xatırladaq ki, PSJ 2017-ci ildə “Barselona”dan Neymarı 222 milyon avroya
almışdı.

Source link