32ef0e10-0f6c-43d8-bd8e-93fd3cc93e6e..jpg

“Barselona” “Qarabağ”ın rəqibinin futbolçusunu istəyir

Baxış sayı: 593 dəfə baxılıb.

“Barselona” “Qarabağ”ın rəqibinin futbolçusunu istəyir

İspaniyanın “Barselona” klubu Almaniya “Bayer”inin (Leverkuzen) futbolçusu
Florian Virtsi transfer etmək istəyir.

Kataloniya təmsilçisi növbəti transfer pəncərəsində 20 yaşlı yarımmüdafiəçini
heyətinə qatmağa çalışacaq.

Alman futbolçu bu mövsüm Leverkuzen klubunun heyətində yeddi oyunda üç qol və
eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”, “Hakken”
(İsveç) və “Molde” (Norveç) ilə mübarizə aparır.

Mənbə: mundodeportivo.com

Source link