“Barselona” klubu hücumçu Antuan Qrizmanın transferi məsələsində “Atletiko” ilə razılaşıb.
Bununla bağlı Sport.es portalı məlumat yayıb.
Fransızın müqaviləsində kompensasiya 120 milyon avro (233 milyon manat) göstərilib. Kataloniyalılar pulu bir neçə tranşla ödədikləri təqdirdə istənilən məbləğdən daha 6 milyon artıq verəcəklər.
Bundan başqa, müqaviləyə “Barselona”nın müdafiəçisi Nelson Semedu da daxil ediləcək. Yalnız “Atletiko”nun braziliyalıya nə qədər pul ödəyəcəyi məsələsinin dəqiqləşdirilməsi qalıb.
Mayın sonlarında “Barselona”nın Qrizmanla danışıqları dayandırdığı ilə bağlı məlumat yayılmışdı. Həmçinin, Katalon klubunun bir neçə futbolçusunun bu transferə qarşı olduğu bildirilmişdi.