“Barselona” Rafinyanın qiymətini AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Barselona” braziliyalı yarımmüdafiəçisi Rafinya Diazı yalnız 80 milyon avro
qarşılığında satmağa hazır olduğunu açıqlayıb.
Mənbə yazır ki, Kataloniya klubu 27 yaşlı braziliyalıdan çox razıdır və
futbolçunu almaq istəyənlər qarşısında yuxarı şərtlər irəli sürüb.
Qeyd olunur ki, Rafinyanın qiyməti ilə bağlı qərar futbolçuya Premyer Liqa
klublarından gələn 60 milyon avroluq təklifdən sonra verilib.
Xüsusən, “Çelsi” və “Mançester Yunayted” Rafinya üçün “dəridən-qabıqdan” çıxır.
Məlumat üçün əlavə edək ki, Rafinya bu mövsüm “Barselona”da 31 oyun keçirib,
səkkiz qol vurub,10 məhsuldar ötürmə edib.
Mənbə: Sport