f17282c0-fe61-4011-a293-4ad3c76c4595..jpg

“Barselona” və “Çelsi” dələduzluqda ittiham olunur

Baxış sayı: 887 dəfə baxılıb.

“Barselona” və “Çelsi” dələduzluqda ittiham olunur

Markos Alonsonu transfer edən “Barselona” və futbolçunun sabiq klubu “Çelsi”
dələduzluqda ittiham olunur.

İttihamı İspaniyanın dördüncü liqasında çıxış edən “Union Adarve” klubu irəli
sürüb.

Madrid klubu iddia edir ki, 32 yaşlı sol cinah müdafiəçisi vaxtı ilə “Union
Adarve”nin düşərgəsində məşq keçib və hər iki klub oyunçu ilə bağlı razılığa
gələndə “Union Adarve”ni məlumatlandırmalı və müəyyən məbləğdə pul ödənişi
etməliydilər.

Hazırda Madridi təmsil edən klub bununla bağlı məhkəməyə müraciət etməyə
hazırlaşır.

Mənbə: AS

Source link