ef734504-3bf9-4813-8f4d-403bd90d42ff..jpg

“Barselona” Xavini qova bilər

Baxış sayı: 591 dəfə baxılıb.

“Barselona” Xavini qova bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın baş məşqçisi kimi gələcəyi şübhə altındadır.

Məlumata görə, komanda La Liqada ikinci yeri tutmasa, klub mövsümün sonunda
Xavini istefaya göndərə bilər.

İspaniya La Liqasında üçüncü yer “Barsa” üçün uğursuzluq sayılacaq. Bu halda
kataloniyalılar Superkubokda oynamayacaq və bu turnirdə iştiraka görə qazancını
itirəcəklər.

Maraqlıdır ki, yanvarda Xavi mövsümün sonunda Kataloniya komandasından
ayrılacağını bildirsə də, apreldə klub rəhbərliyi ispan mütəxəssisi qalmağa
razı sala bilib.

Xatırladaq ki, futbol üzrə İspaniya çempionatının 34 turundan sonra
“Barselona” 73 xal toplayaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. İkinci
pilləyə qayıdan “Jirona”nın isə 74 xalı var.

Mənbə: championat.com

Source link