b77afc0a-719d-41f7-80ae-aec2c29ec41f..jpg

“Barselona”da Xavini kimin əvəzləyəcəyi məlum olub – FOTO

Baxış sayı: 356 dəfə baxılıb.

“Barselona”da Xavini kimin əvəzləyəcəyi məlum olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Jirona”nın baş məşqçisi Anxel Miçel “Barselona”nın baş məşqçisi postunda
Xavini əvəz edə bilər.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə tanınmış idman jurnalisti Fransua Qalardo
sosial şəbəkələrdə məlumat verib.

Mənbənin məlumatına görə, Miçelin agenti oktyabr ayından bəri Barselona
təmsilçiləri ilə üç görüş keçirib. Heç nə dəyişməsə, o, 2024/2025 mövsümündə
“Barselona”nın baş məşqçisi olacaq.

Xavi mövsüm ərzində postunu tərk edərsə, o zaman ikinci komandada işləyən Rafa
Markes mövsümün sonuna kimi baş məşqçi əvəzi olacaq.

Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Ötən mövsüm o,
kluba İspaniya çempionatında və ölkə Superkubokunda qələbə qazandırıb.

Bu mövsüm La Liqada keçirdiyi 16 matçdan sonra 34 xalı olan “Barselona”
“Atletiko” ilə turnir cədvəlində üçüncü yeri bölüşür. İkinci pillədə qərarlaşan
“Real Madrid” isə 5 xal çox toplayıb. Çempionatın lideri 41 xalla “Jirona”dır.

Çempionlar Liqasının qrup mərhələsində Xavinin yetirmələri altı oyundan
dördündə qalib gələrək qrupda birinci yerdən pley-offa vəsiqə qazanıblar.

Source link