920f3093-4971-48c1-84a3-41c7d0a5ca9b..jpg

“Barselona”nın 16 yaşlı futbolçusu Çempionlar Liqası matçı zamanı meydançadan tualetə qaçıb

Baxış sayı: 545 dəfə baxılıb.

“Barselona”nın 16 yaşlı futbolçusu Çempionlar Liqası matçı zamanı meydançadan
tualetə qaçıb

“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasının qrup mərhələsinin
2-ci turunda “Porto” ilə matç zamanı komandasını təxminən on dəqiqəlik tərk
edib.

Matçın 71-ci dəqiqəsində 16 yaşlı futbolçu özünü pis hiss edərək tualetə
getmək üçün meydançadan soyunub-geyinmə otağına qaçsa da, geri qayıdaraq oyunu
davam etdirə bilməyib. Onu 80-ci dəqiqədə Markos Alonso əvəzləyib.

Komandanın baş məşqçisi Xavi Hernandes baş verənlərin təfərrüatını açıqlayıb:

“O mənə özünü pis hiss etdiyini, qarnının ağrıdığını demişdi”.

Qeyd edək ki, “Barselona” və “Portu” arasında görüş oktyabrın 4-də
Portuqaliyada baş tutub. Qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə başa
çatıb. Yamal Çempionlar Liqası tarixində start heyətində yer alan ən gənc
futbolçu olub.

Mənbə: lenta.ru

Source link