“Barselona”nın doğma arenasına qayıdacağı tarix bəlli oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İspaniyanın “Barselona” klubunun “Kamp Nou” stadionuna qayıdacağı tarix bəlli
oldu.
Qeyd olunur ki, Kataloniya klubu dekabrın 15-dən etibarən doğma arenasından
istifadə edə biləcək.
Rəhbərlik klubun 125 illiyini qeyd edəcəyi 29 noyabr tarixində açılış tədbiri
keçirməyi planlaşdırırdı. Lakin sonradan tələsməmək qərarına gəlib. Komandanın
ilk matçlarında tribunalara məhdud sayda azarkeş buraxılacaq. Belə ki,
qarşılaşmalara maksimum 60 min tamaşaçı cəlb olunacaq.
Xatırladaq ki, “Kamp Nou” stadionu 2023-cü ildən yenidənqurma üçün bağlanıb.
Həmin vaxtdan bəri “Barselona” ev oyunlarını şəhərin Olimpiya Stadionunda
keçirir.
Mənbə: euro-football.ru