fc603ea4-983e-4951-920b-1dbad023399e..jpg

“Barselona”nın futbolçusu İtaliya klubuna keçə bilər

Baxış sayı: 888 dəfə baxılıb.

“Barselona”nın futbolçusu İtaliya klubuna keçə bilər

“Barselona”nın futbolçusu Frank Kessie İtaliya A Seriyasına qayıda bilər.

“La Gazzetta dello Sport”un xəbərinə görə, “İnter” Fil Dişi Sahilindən olan
yarımmüdafiəçinin xidmətində maraqlıdır. Milan klubu oyunçunu satınalma hüququ
ilə icarəyə götürmək üçün təklif hazırlayır. “Nerazzuri” bu keçidi təxminən 30
milyon avroya tamamlamaq istəyir.

Qış transfer pəncərəsində İspaniya klubu Kessienin Marselo Brozoviçlə
dəyişdirilməsini təklif etsə də, mübadilə baş tutmayıb. Hazırda “İnter”
xorvatiyalını göndərmək istəyir. Ancaq Kessie transferində ondan istifadə
edilməyəcək.

Xatırladaq ki, 26 yaşlı futbolçu 2022-ci ilin yayında “Milan”dan azad agent
kimi “Barselona”ya keçib. O, bu mövsüm Kataloniya klubunun heyətində bütün
turnirlərdə 29 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Source link