“Barselona”nın sabiq hücumçusunun istefası qəbul edilmədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2004-2009-cu illərdə “Barselona” klubunun hücumçusu olmuş, hazırda Kamerun
Futbol Federasiyasının prezidenti olan Samuel Eto’O vəzifəsini tərk etmək
qərarına gəlib.
Artıq Samuel Eto’O ərizəsini Kamerun Futbol Federasiyasına təqdim edib, lakin
federasiyanın icraiyyə komitəsi keçmiş futbolçunun istefasını qəbul etməyib.
Qeyd olunur ki, icraiyyə komitəsinin üzvləri yaxın günlərdə yenidən Samuel
Eto’O ilə görüşüb sözügedən məsələni müzakirə edəcəklər.
Məlumat üçün əlavə edək ki, 2014-2018-ci illərdə Türkiyədə top qovan Eto’O
2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.
Mənbə: Fecafoot