e7814e00-fe95-4182-b126-111fa0fdd979..jpg

“Barselona”nın yarımmüdafiəçisi Mahrez və Firminonun komanda yoldaşı oldu

Baxış sayı: 655 dəfə baxılıb.

“Barselona”nın yarımmüdafiəçisi Mahrez və Firminonun komanda yoldaşı oldu

“Barselona”nın yarımmüdafiəçisi Frank Kesye Səudiyyə Ərəbistanının “Əl-Əhli”
klubu ilə müqavilə imzalayıb. Transferin məbləği 12,5 milyon avro təşkil edib.

Səudiyyə klubu 26 yaşlı fil dişilinin transferini sosial şəbəkə hesablarında
açıqlayıb.

Qeyd edək ki, Kesye ötən yaydan etibarən “Barselona”da çıxış edib. O,
kataloniyalıların heyətində 43 oyun keçirib, üç qol vurub və üç məhsuldar
ötürmə edib. Yarımmüdafiəçi buna qədər “Milan”, “Atalanta”, “Çezena” kimi
klublarda forma geyib.

Xatırladaq ki, “Əl-Əhli” daha əvvəl yay transfer pəncərəsində Roberto Firmino,
Riyad Mahrez, Allan Sen-Maksimin və Eduard Mendi ilə müqavilə imzalayıb.

Mənbə: sport-express.ru

Source link