Baş direktor: “Azərbaycanda yeraltı təkanlar günü-gündən artır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə
alınıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban
Yetirmişli “Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını
cavablandırarkən deyib.
O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də
ictimaiyyətə məlumat verilib.
“Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seysmik aktivlik fon
səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki,
dağıdıcı zəlzələ ehtimalı da olsun”, – Q.Yetirmişli vurğulayıb.