Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin əldə etdiyi razılılaşmalarda çox əhəmiyyətli rolu olan ölkədir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Bakıda səfərdə olan OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib:
“Bakıda çox məhsuldar görüşlər keçirdik. Prezident İlham Əliyevlə və energetika naziri Pərviz Şahbazovla görüşdük. Azərbaycana bazarda qiymətlərin sabitləşməsi üçün razılığa qoşulduğuna və öhdəliyinə əməl etdiyinə görə təşəkkür edirik”.