NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsrail İranla münaqişəyə başlayarsa, alyans ona kömək etməyəcək.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Der Spiegel məlumat yayıb.
Onun sözlərinə görə, İsrail NATO-ya üzv deyil, buna görə də alyans ölkəni təhlükəsizliklə tam təmin edə bilməz.
Baş katib sözlərinə əlavə edib ki, NATO-ya üzv ölkələr arasında nüvə müqaviləsilə əlaqədar İranla fikirayrılığı var.