Qurban Qurbanov: Rəşad Sadıqov milliyə geri qaytara bilərik

Qurban Qurbanov: Rəşad Sadıqov milliyə geri qaytara bilərik

Baxış sayı: 6. 308 dəfə baxılıb.

Futbol millimiz Belarusla yoldaşlıq görüşündə 0:1 hesabı ilə uduzub.

ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi Qurban Qurbanov mətbuat konfransında aşağıdakı fikirləri bildirib:

“Oyundan razı qaldım. Rəqibin güclü müdafiə xəttinə baxmayaraq, qol epizodları yarada bildik. Bundan sonrakı oyunlarımız bundan da çətin olacaq. Yeni oyunçulardan razı qaldım. Araz Abdullayev və Elvin Yunuszadənin heyətdən kənarda qalması öz səhvlərinin nəticəsidir. Ancaq bu, elə böyük xəta deyil. Ola bilər ki, onlardan biri Antalyaya aparılsın, biri isə yox. Hotelə qayıtdıqdan sonra dəqiq qərar verəcəyəm.

Mənim bugünkü oyunda narazı qaldığım məqam nəticə və fərdi mübarizələrdə uduzmağımızdır. Rəşad Sadıqov hələ futbol oynayır. Onun yerinə futbolçu axtarmaq ifadəsi ona görə düzgün səslənmir. Amma görsək ki, müdafiədə problem yaşayırıq, onu geri qaytara bilərik”.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com