d6267bd7-d096-4621-8404-53111d9cfc6c..jpg

Baş nazir: “Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzu 10 dəfə üstələyir”

Baxış sayı: 709 dəfə baxılıb.

Baş nazir: “Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzu 10 dəfə
üstələyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66
milyard ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə
üstələyir”.

“Report”un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda
“Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən
konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ
dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-neft sektoruna
yatırılıb: “Ötən dövrdə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək,
innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil
etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu
artırmaq məqsədilə ölkədə yüzlərlə istehsal və emal müəssisələri, iri sənaye
mərkəzləri, parkları və məhəllələri yaradılıb”.

Baş nazir qeyd edib ki, görülən işlər Azərbaycan məhsullarının ixrac
coğrafiyasını genişləndirmək imkanı verib, yüksək keyfiyyət standartlarına
malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici
bazarlara çıxışını genişləndirib.

Source link