Baş nazirdən əmək pensiyalarının yenidən hesablanması qaydası ilə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir
növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla əmək pensiyasının Qanunda müəyyən olunmuş minimum məbləğə
çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə
ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı
hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar
aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:
1. əmək pensiyası minimum məbləğə çatdırılır;
2. maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək
pensiyasının tərkibinə daxil edilir;
3. əmək pensiyası indeksləşdirilir.
Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı
tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu
yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və
artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci
maddələri nəzərə alınmaqla əvəzləşdirilir.