Baş nazirdən daşımalarla bağlı qərarda DƏYİŞİKLİK
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nazirlər Kabineti 24 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş
“Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına
məlumat göndərilməli olan icazələrin Siyahısı”na dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Azərbaycan ilə xarici ölkələr arasında avtomobil
nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq
yük və qeyri-müntəzəm sərnişin daşımalarına, eləcə də ölkədaxili sifarişli
daşımalara, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış
vəsiqəsi, taksi sifarişi operatoru fəaliyyətinə isə icazə veriləcək.
İndiyə qədər bu xidmətlərin göstərilməsi üçün “İcazə” blankı, “Fərqlənmə
nişanı” və “Xüsusi fərqlənmə nişanı” verilirdi.