Baş nazirdən dövlət büdcəsi ilə bağlı qərarda DƏYİŞİKLİK
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75
nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası
Qaydaları”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar
imzalayıb.
Qərara əsasən, təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və
xərclərin bölgüsü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən beş
iş günü müddətində büdcə təşkilatlarına çatdırmalıdır.
Qeyd edək ki, dəyişiklikdən əvvəl bu müddət bir ay idi.