6113d492-28f8-40fa-a7e2-1e99c551bff8..jpg

Baş nazirdən motosikletlərlə bağlı QƏRAR

Baxış sayı: 715 dəfə baxılıb.

Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük
rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 kubsantimetrdən çox
olmayan porşenli daxiliyanma mühərrikli motosikletlər (konstruksiyası ilə (və
ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən
çox olan və digərləri) üçün idxal gömrük rüsumu 15 faiz olacaq.

Maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər
üçün də 15 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Source link