Baş nazirdən müharibə əlilləri və onların vərəsələri ilə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nazirlər Kabinetinin 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun
müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə
yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma,
kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi
qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların
vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında” 2022-ci il 2 avqust tarixli 271 nömrəli qərarında dəyişiklik edilb.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydanın 2.6-2.8-ci
bəndlərində qeyd olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda,
həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb
olunmur.
Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi
müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından
(qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.