Baş nazirdən qərar: Tələblər sərtləşdirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nazirlər Kabineti 1 avqust 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş
“Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda dəyişiklik edib.
Cixisyolu.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, hüquqi şəxslərin nəzarət-kassa aparatı (NKA) operatoru olması
üçün tələblər sərtləşdirilib. Belə ki, aparata xidmət göstərmək istəyən
şirkətin azı 12 nəfər əməkdaşı, Bakıda və digər regionlarda zəruri
avadanlıqlarla təchiz edilmiş azı 6 filial və yaxud məntəqəsi olmalıdır. Əvvəl
hər iki halda tələb 1 vahid idi.
Bundan başqa, operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin
tələblərə uyğunluğunun yoxlanması müddəti 2 gündən 5 günə çatdırılıb.
Şirkətin təqdim etdiyi modelinin nümunəsinin texniki sınağı 60 gün ərzində,
sertifikatlaşdırılması isə 30 gündən gec olmayaraq təqdim həyata keçiriləcək.