Baş nazirdən QƏRAR: Bəzi idmançı və məşqçilərə xüsusi təqaüd veriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların
məşqçilərinə xüsusi təqaüd verilməsi qaydalarına dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış
idmançılara və onların məşqçilərinə xüsusi təqaüd veriləcək.
Təqaüd Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış
idmançılara, onların məşqçilərinə, milli yığma komandanın baş məşqçisinə və
məşqçilərinə yalnız nağdsız qaydada ödəniləcək.
Olimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 2 misli
məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum
əməkhaqqının 1,5 misli məbləğində təqaüd ödəniləcək. İndiyə qədər hər ay hər
bir idmançıya 200 manat, onun məşqçisinə 160 manat, baş məşqçi və komandanın
məşqçisinin hər birinə 100 manat məbləğində təqaüd ödənilirdi.
Paralimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 1
misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə
minimum əməkhaqqının 0,5 misli məbləğində təqaüd ödəniləcək.