401d5347-bfcd-48c2-aeae-245e6013b8cf..jpg

Baş nazirdən radiomaneələrin qarşısının alınması ilə bağlı QƏRAR

Baxış sayı: 664 dəfə baxılıb.

Baş nazirdən radiomaneələrin qarşısının alınması ilə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti 23 dekabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş
“Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı
radiomaneələrin qarşısının alınması Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar

imzalayıb.

Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət
Radiotezliklər İdarəsinin nümayəndələrinin ehtimal edilən radiomaneə mənbəyinin
yerləşdiyi dövlət idarə, təşkilat və müəssisələrinin ərazilərinə onların tabe
olduqları dövlət orqanlarının razılığı ilə, sahibkarlıq subyektlərinin
ərazisinə isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə əsasən daxil
olması üçün maneə təsiri yaratması ehtimal edilən qurğunun sahibi və ya maneə
təsiri yaratması ehtimal edilən qurğunun yerləşdiyi ərazinin sahibi tərəfindən
şərait yaradılır və müvafiq tədbirlər görülür.

Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlər və idman yarışları üçün
istifadəsinə icazə verilmiş radiotezliklərə radiomaneə təsiri yaradan qurğunun
fəaliyyəti Dövlət Radiotezliklər İdarəsi tərəfindən həmin qurğunun sahibinə
verilmiş göstərişə (şifahi və ya yazılı) əsasən ən geci bir saat ərzində
dayandırılır.

Radiomaneə təsiri Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə
Reqlamentinin 5-ci maddəsinin 5.2-ci bəndi ilə müəyyən olunmuş radiotezliklərin
idarəolunması üzrə Azərbaycann da daxil olduğu birinci region ölkələri üçün
Radiorabitə Reqlamentinin həmin maddəsinin dördüncü bölməsində nəzərdə tutulmuş
tezlik bölgüsünə uyğun şəkildə istifadə olunmayan qurğudan (o cümlədən
qeyri-standart qurğudan) yarandığı təqdirdə həmin qurğunun istifadəsinin
təxirəsalınmadan dayandırılması qurğunun sahibindən tələb olunur və
standartlara uyğun analoji qurğu ilə əvəz edilməsi qurğunun sahibinə tövsiyə
edilir.

Televiziya və radio yayımlarına radiomaneə təsiri ilə bağlı müraciətlərə
baxılarkən Dövlət Radiotezliklər İdarəsi tərəfindən teleradio yayım
şirkətlərinin və infrastruktur operatorunun həmin işlərə cəlb olunmasına yol
verilir.

Source link