2a57c017-3539-434c-b68a-f96522976401..jpg

Baş nazirdən sərəncam: Təşkilat Komitəsi yaradıldı

Baxış sayı: 747 dəfə baxılıb.

Baş nazirdən sərəncam: Təşkilat Komitəsi yaradıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən
edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi
məqsədilə təşkilat komitəsi yaradılıb.

Cixisyolu.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan
şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və
keçirilməsinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə təşkilat komitəsi
yaradılıb:

Sahib Ələkbərov – İqtisadiyyat nazirinin müavini;

Sevinc İsmayılova – İqtisadiyyat Nazirliyinin İnsan resursları şöbəsinin
müdiri;

Nuranə Abbasova – İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsi müdirinin müavini –
hüquqi aktların hazırlanması və ekspertizası sektorunun müdiri;

Ramiz Qarayev – Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi müdirinin müavini;

Vüsal Abbasov – Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş
məsləhətçi-hüquqşünası.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Source link