e2ba633c-9c3c-4be3-bb28-3d2b09dcc360..jpg

Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanı MDB-nin tədbirində təmsil edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 1. 734 dəfə baxılıb.

Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanı MDB-nin tədbirində
təmsil edib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 101-ci iclası
keçirilib.

APA-nın Moskva müxbiri xəbər ki, verir ki, iclasda ölkəmizi Baş nazirin
birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin
müavini Aleksey Overçukun sədrliyi ilə keçirilib.

Nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın müxtəlif sahələrini
əhatə edən məsələləri müzakirə ediblər. Gündəliyə kimya sənayesində
əməkdaşlığın inkişafı, məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə
görə 2023-cü il MDB mükafatının verilməsi, qarşılıqlı ticarətdə maneələr, azad
ticarət zonası və sair məsələlər üzrə danışıqların başlanmasının mümkünlüyü
daxil edilib.

Tədbir iştirakçıları, həmçinin Regionlararası və Transsərhəd Əməkdaşlıq
Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

İclasda MDB orqanlarının maliyyələşdirilməsi, o cümlədən Birliyin iştirakçısı
olan dövlətlərdə sığorta xidmətləri bazarının inkişafı, Müstəqil Dövlətlər
Birliyinin 2030-cu ilə qədər olan dövr üçün İqtisadi İnkişaf Strategiyasının
yerinə yetirilməsinə dair bir sıra məsələlərə baxılıb.

İqtisadi Şuranın növbəti iclasının 2024-cü il iyunun 21-də Moskvada
keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Ermənistan tərəfi bu dəfə də MDB tədbirinə yüksək səviyyəli
nümayəndə heyəti göndərməkdən imtina edib. MDB İqtisadi Şurasının 101-ci
iclasında rəsmi İrəvan Belarusdakı səfir Razmik Xumaryanı göndərib.

15:12

Bu gün Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB)
ölkələrinin İqtisadi Şurasının növbəti, 101-ci iclası keçirilir.

Azərbaycanı tədbirdə baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.

İki gün davam edəcək tədbir “Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil
Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq təşkilatı məkanında dialoqdan birgə
layihələrə” adlanır.

İqtisadi Şurasının növbəti iclası iyunun 21-də Moskvada keçiriləcək.

Mənbə: Moscow-baku.ru

Source link