Baş prokuror erməni separatçıların istintaq prosesindən danışıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Erməni diversantlar torpaqlarımız işğaldan azad edilməmişdən əvvəl Azərbaycan
ərazisində qanunsuz fəaliyyət göstəriblər. Onlar həmin qanunsuz hərəkətləri
Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar”.
Cixisyolu.com-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə
açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri
həyata keçirilir:
“Orada görüləsi işlər çoxdur. Azərbaycan Respublikasının qoşulduğu bütün
beynəlxalq konvensiyaların tələbinə və milli qanunvericiliyə uyğun olaraq bütün
istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra bütün
ittihamlar məhkəməyə göndəriləcək və bununla bağlı məlumat veriləcək”.
İlhamə Əbülfət