200ac893-2537-4e49-a978-c1019de8a46b..jpg

Baş Prokurorluq “Əqrəb mövsümü” serialının yaradıcı heyətini və aktyorlarını təltif edib – FOTO

Baxış sayı: 821 dəfə baxılıb.

Baş Prokurorluq “Əqrəb mövsümü” serialının yaradıcı heyətini və aktyorlarını
təltif edib – FOTO

Baş Prokurorluq “Əqrəb mövsümü” serialının yaradıcı heyətini və aktyorlarını
təltif edib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, fevralın 15-də Baş Prokurorluqda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin
ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Prokurorluğu
üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilmiş “İlin ən yaxşı
müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə,
həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının
nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyevin rəhbərliyi və Birinci Vitse-Prezident Mehriban Əliyeva
nın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər
bir dövlət təsisatında olduğu kimi prokurorluq orqanlarında da prioritet
məsələlər sırasında yer tutduğunu bildirib.

Kadr korpusunun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü və
yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi,
onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində kompleks
islahatların aparıldığını qeyd edən Baş prokuror qanunların icra və tətbiq
olunmasına prokuror nəzarətinin gücləndirilməsi, istintaq və dövlət ittihamının
müdafiəsi sahəsində səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən
tədbirlərdən söz açıb.

Daha sonra qeyd olunan müsabiqələrin təşkili və keçirilmə qaydası barədə “İlin
ən yaxşı müstəntiqi” Müsabiqə komissiyasının sədri, Baş prokurorun birinci
müavini Elçin Məmmədov və “İlin ən yaxşı dövlət ittihamçısı” Müsabiqə
komissiyasının sədri, Baş prokurorunun müavini Heydər Məmmədov çıxış edərək
ətraflı məlumat veriblər.

Müsabiqələrin nəticələrinə əsasən, “İlin ən yaxşı müstəntiqi” seçilmiş Xaçmaz
Rayon Prokurorluğunun böyük müstəntiqi Fərrux Əzimli və “İlin ən yaxşı dövlət
ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə
idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə
şöbəsinin prokuroru Müşfiq Rəhimova Baş prokuror tərəfindən diplom və
mükafatlar təqdim olunub.

Mərasim zamanı, həmçinin, xidməti vəzifələrinin icrasında fərqlənmiş, o
cümlədən əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilən qəsdən
adam öldürmə cinayətlərinin açılmasında peşəkarlıq göstərmiş bir qrup əməkdaşa
həvəsləndirmə qaydasında mükafatlar təqdim edilib.

Xüsusi vurğulanıb ki, “Heydər Əliyev İli” çərçivəsində mükafatlara layiq
görülmüş əməkdaşlar öz məsuliyyətlərini dərk etməklə bundan sonra da xidməti
fəaliyyətlərində səmərəliliyin yüksəldilməsinə və işin daha effektiv təşkilinə
çalışacaqlar.

Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq
görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan
yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və
fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə
kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi
prioritet vəzifələrdən biri hesab edilir.

Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2022-ci ilin yekunlarına əsasən
prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın
ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media
arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, “Xalq qəzeti” və “Lent.az”
xəbər saytı “Prokurorluğun dostu” mükafatı ilə təltif olunub.

Tədbir zamanı “Prokurorluğun dostu” mükafatı təqdim olunmuş “Azərbaycan
Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, “Xalq
qəzeti”nin baş redaktoru Əflatun Amaşov və “Lent.az” xəbər saytının baş
redaktoru Hafiz Heydərov çıxış edərək göstərilən diqqətə görə
minnətdarlıqlarını ifadə edib, prokurorluq orqanları ilə əməkdaşlıqdan
məmnunluqlarını bildiriblər.

Mərasim çərçivəsində, həmçinin, “İctimai” televiziyada yayımlanmaqla geniş
tamaşaçı kütləsinin böyük marağına səbəb olmuş “Əqrəb mövsümü” çoxseriyalı
bədii filminin yaradıcı heyəti və aktyorları təltif ediliblər.

Tədbirdə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş
direktoru Balakişi Qasımov Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş “Əqrəb
mövsümü”nün sosial şəbəkələrdə müzakirələrə səbəb olmasından və izləyicilərin
rəğbətindən məmnunluğunu bildirməklə filmin son günlər televiziya məkanında ən
çox izlənən seriallar sırasında olmasını qeyd edib.

Bildirilib ki, serialda çətin və şərəfli prokurorluq peşəsinin incə
məqamlarının göstərilməsi ictimaiyyətin böyük marağına səbəb olub. Gənclərin
zərərli vərdişlərdən çəkinməsi və ümumilikdə cəmiyyətin hüquqi maariflənməsi
baxımından bu kimi layihələrin gələcəkdə davam etdirilməsi üçün qarşılıqlı
əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Source link