b6beb419-d7d8-44b5-9192-10fab86a53ba..jpg

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Baxış sayı: 604 dəfə baxılıb.

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət
edib

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət
edib.

Cixisyolu.com xəbər verir ki, qurum rerrorçuluğa qarşı mübarizə ilə bağlı
məlumatların verilməsi qaydasını diqqətə çatdırıb.

Qeyd olunub ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna əsasən terror
əleyhinə aparılan əməliyyatlar zamanı terror aktları barəsində ictimaiyyətə
məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının
ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və
həcmdə verilir.

Aşağıdakı məlumatların yayılmasına yol verilmir:

1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları
haqqında;

2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın
hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan
və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar
haqqında;

3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən
məlumatlar haqqında;

4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu
əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.

Terror aktları, eləcə də terror əleyinə əməliyyatlarla bağlı yayılması qadağan
edilən məlumatın internet informasiya ehtiyatında yerləşdirilməsi inzibati xəta
hesab edilir (İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi) və fiziki şəxslər
beş 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər min manatdan 1500 manat
məbləğdə inzibati cərimə edilir, yaxud 1 ayadək müddətə inzibati həbs tətbiq
edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Source link