Baş Prokurorluq portal təsisçisinə bəraət hökmündən protest verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət ittihamçısı “Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi
Səməndər Niftəliyevin hökmündən apellyasiya protesti verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
“Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər
Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşa şəxsi
həyatı ilə bağlı videogörüntülərinin media və sosial şəbəkə səhifələrindən
silinməsi barədə yalan vəd verərək onun 2 800 manat məbləğində pul vəsaitini
ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış və iş
baxılması üçün məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin 8 dekabr 2023-cü il tarixli hökmü ilə S.Niftəliyevə
bəraət verilib, Həmzə Hüseynli isə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə
görə eyni tarixli qərarla barəsində cinayət təqibinə bəraətverici əsaslar
olmadan xitam verilib.
Dövlət ittihamçısı tərəfindən 28 dekabr 2023-cü il tarixdə qeyd edilən bəraət
hökmündən və qərardan apellyasiya protesti verilib.