c5411075-fcde-4865-a850-19f564704df8..jpg

Baş Prokurorluq: “Sexdəki partlayışda 16 nəfərin ölməsi xəbəri yalandır” – VİDEO

Baxış sayı: 762 dəfə baxılıb.

Baş Prokurorluq: “Sexdəki partlayışda 16 nəfərin ölməsi xəbəri yalandır” –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi
yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16
nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc
edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq
yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.

Axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər 9 nəfərin meyiti
taparaq aidiyyəti üzrə təhvil veriblər.

Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində
yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan
və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media
nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır.


Source link