9a3f5422-c18d-4350-8401-eb8acc7bbe09..jpg

Baş Prokurorluq və DİN Qəbələdə baş verən hadisə barədə birgə məlumat yayıb

Baxış sayı: 981 dəfə baxılıb.

Baş Prokurorluq və DİN Qəbələdə baş verən hadisə barədə birgə məlumat yayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində polis əməkdaşlarına müqavimət
göstərməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb ediliblər.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətlərinin birgə məlumatında qeyd olunub.

Dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində xidməti vəzifələrini icra
edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair rayon prokurorluğuna
məlumat daxil olub.

Aparılan araşdırma zamanı Qəbələ rayonunun Vəndam qəsəbə sakini 1981-ci il
təvəllüdlü Səxavət Ağayevin qeyd olunan tarixdə yaşadığı qəsəbənin ərazisində
yol hərəkəti qaydalarını pozaraq, sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan
idarə etdiyi VAZ-2107 minik markalı avtomobillə saxlanılarkən 1974-cü il
təvəllüdlü qardaşı Eldəniz Ağayevlə birgə hamı tərəfindən qəbul olunmuş
davranış qaydalarına və əxlaq normalarına saymazlıq nümayiş etdirmələri,
ictimai qaydanı kobud surətdə pozmaları, habelə hakimiyyət nümayəndəsi qismində
ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən polis
əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara zor tətbiq edilməsi ilə
müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə müqavimət göstərmələrinə
və Qəbələ RPŞ-yə məxsus avtomobili zədələmələrinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə Eldəniz Ağayev Cinayət Məclləsinin
221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq)
və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq
etmə), Səxavət Ağayev isə həmin Məcəllənin 221.2.1, 221.2.2 (bir qrup şəxs
tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə
müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələrilə təqsirləndirilən şəxs
qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində
isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün hallar tam, hərtərəfli və obyektiv istintaq edilməklə
təqsiri olan bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin
ediləcəkdir.

Source link