8945e59f-c5bc-4707-95e8-fe90ae032ba8..jpg

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib – FOTO

Baxış sayı: 636 dəfə baxılıb.

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın
azadlığının təcəssümü olan milli bayram – Zəfər Günü münasibətilə noyabrın 6-da
Baş Prokurorluqda tədbir keçirilib.

Öncə Baş Prokurorluğun rəhbər heyəti xalqımızın ümummilli lideri Heydər
Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin unudulmaz
xatirəsini ehtiramla yad edib.

Tədbirdə vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərin və mülki
vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş
prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını
və xalqımızı bayram münasibətilə təbrik edib.

Yüksək səviyyəli tədbirdə, həmçinin, Türkiyənin Hakimlər və Prokurorlar
Şurasının geniş tərkibli nümayəndə heyəti iştirak edib.

Baş prokuror diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi
torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib, 19-20 sentyabr
2023-cü il tarixlərdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri
nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyimiz və
konstitusiya quruluşu bərpa edilib.

Bayrağımızın tarixi torpaqlarımız olan Xankəndidə, Ağdərədə, Əsgəran,
Xocavənd, Xocalıda yüksəldildiyini qürurla qeyd edən Baş prokuror Qarabağ
bölgəsindəki qondarma rejimin ləğv edildiyini, bölgədə olan bütün silahlı
erməni dəstələrinin tərksilah edildiyini, qondarma rejimin keçmiş “rəhbər”ləri
və digər separatçıların isə tutularaq cinayət məsuliyyətinə cəlb edildiyini
nəzərə çatdırıb.

K.Əliyev qeyd edib ki, zəfərin təməlini Ümummilli Lider Heydər Əliyevin
əsasını qoyduğu dövlətçilik konsepsiyası və ordu quruculuğu, habelə bu uğurlu
siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı cənabİlham Əliyev tərəfindən inamla reallaşdırılması təşkil
edib.

44 günlük vətən müharibəsində, həm də ondan sonrakı dövrdə şəhid ailələrinə,
qazilərə və müharibə veteranlarına Prezident cənab İlham Əliyev və Birinci
vitse-prezidentMehriban xanım Əliyeva tərəfindən yüksək diqqət və qayğının
nümayiş etdirildiyini nəzərə çatdıran Baş prokuror, həmçinin, azad edilmiş
bölgələrdə gerçəkləşən və bütün dünyanı heyrətləndirən quruculuq və bərpa
işlərinin aparıldığını, əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura
“Böyük Qayıdış”ın yüksək səviyyədə icra olunduğunu vurğulayıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ərazilərdə
hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə
etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə
səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində prokurorluq
əməkdaşları xidmətlərini daha səmərəli və peşəkar təşkil edilib.

Tədbir zamanı çıxış edən türkiyəli nümayəndə heyətinin rəhbəri, Hakimlər və
Prokurorlar Şurasının 1-ci Dairə üzvü xanım Aysel Demirel 8 noyabr Zəfər Günü
münasibətilə təbriklərini ifadə edib, əlamətdar tarixdə Azərbaycana
gəldiklərindən məmnunluğunu bildirib.

İki qardaş ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini nəzərə çatdıran
xanım Aysel Demirel Türkiyə dövləti və xalqının Azərbaycanın əldə etdiyi
nailiyyətlərə sevindiyini və bunun davamlı olmasını arzuladığını qeyd edib.

Sonda 44 günlük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Source link