f98b7845-3767-4568-aa80-f840da8f6f89..jpg

Baş Prokurorluqdan Ağdamdakı mina partlayışı barədə AÇIQLAMA – YENİLƏNİB

Baxış sayı: 550 dəfə baxılıb.

Baş Prokurorluqdan Ağdamdakı mina partlayışı barədə AÇIQLAMA – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma
aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, yanvarın 21-də saat 13
radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı
nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq
Abışovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri
istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

14:10

Yanvarın 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı
ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Faiq Səyyad oğlu
Abışov ayağından xəsarət alıb. Faiq Abışov polis əməkdaşları tərəfindən
xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Source link