Baş Prokurorluqdan MMC-nin vəzifəli şəxslərinin təqsirləndirildiyi cinayət işi
ilə bağlı AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qanunvericiliyin tələblərinə görə faktlar və hadisələr qərəzsiz və obyektiv
təqdim olunmalı, birtərəfliliyə yol verilməməli olduğu halda təəssüflər olsun
ki, bəzi media və sosial şəbəkə səhifələrində hazırda məhkəmə baxışında olan
“Qranit-QP” MMC-nin vəzifəli şəxslərinin təqsirləndirildiyi iş üzrə cinayət
təqibinə dair detalların məqsədli və mütəmadi şəkildə ictimailəşdirilməklə guya
qanun pozuntularına yol verilməsi barədə təhrif olunmuş məlumatlar yayılır”.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, məhkəmə baxışında olan
cinayət işi üzrə əsassız məlumatların yayılması yolverilməzdir və cinayət
təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir.
“Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan
məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət
etməyi, dəqiqləşdirilməmiş və əsassız məlumatların ictimailəşməsindən çəkinməyi
xahiş edirik”, – qurumdan bildirilib.