e73bbc96-af21-40a6-9b51-a599156a89e8..jpg

Baş prokurorun müavini: “Ermənistan rəhbərliyi azərbaycanlılara nifrət bəsləməkdən imtina etməlidir”

Baxış sayı: 631 dəfə baxılıb.

Baş prokurorun müavini: “Ermənistan rəhbərliyi azərbaycanlılara nifrət
bəsləməkdən imtina etməlidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan rəhbərliyi azərbaycanlılara nifrət bəsləməkdən imtina etməli və
reallıqları öz ictimaiyyətinə çatdırmalıdır”.

“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini Elmar Camalov Bakıda
keçirilən “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair
hesabat”ın təqdimatında deyib.

O xatırladıb ki, qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər
cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb:

“I Qarabağ müharibəsi zamanında da azərbaycanlıların didərgin salınması, əsir
və girovlara qarşı işgəncələr verilməsi və digər hadisələrlə əlaqədar cinayət
işlərinin istintaqı aparılmaqdadır. Eyni zamanda, 44 günlük müharibə və
postmüharibə zamanı qeydə alınan cinayət faktları üzrə də istintaq aparılır.
Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki
şəxslərin öldürülməsi və ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə
ermənilərin qanunsuz şəkildə məskunlaşdırılması kimi cinayət faktlarının
istintaqı hazırda davam etdirilir”.

Source link