Baş prokurorun müavini: “Qərbi azərbaycanlılara qarşı soyqırımı ilə bağlı
cinayət işi başlanıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri
ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb”.
“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini Elmar Camalov Bakıda
keçirilən “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi”
hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, I Qarabağ müharibəsi zamanında da azərbaycanlıların
didərgin salınması, əsir və girovlara işgəncələr verilməsi və digər hadisələrlə
əlaqədar cinayət işlərinin istintaqı aparılmaqdadır.