34ad7d8e-3cb4-4451-8287-dc88d678f10b..jpg

Baş Qərargah rəisi hərbi hissələrin intensiv döyüş hazırlığını yoxlayıb – FOTO

Baxış sayı: 941 dəfə baxılıb.

Baş Qərargah rəisi hərbi hissələrin intensiv döyüş hazırlığını yoxlayıb – FOTO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və
Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə
olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini
yoxlayıblar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Baş Qərargah rəisi məşğələlərin təşkili və icrası ilə bağlı komandir heyətinin
məruzələrini dinləyib. Bildirilib ki, bölmələrdə döyüş hazırlığı tədbirlərinin
keyfiyyətli təşkilinə xüsusi diqqət yetirilir. Müasir döyüşün aparılması
üsulları nəzərə alınmaqla plana uyğun keçirilən məşğələlərdə əsas diqqət şəxsi
heyətin fərdi bacarığının və taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsinə
yönəldilib.

Müdafiə nazirinin birinci müavini komandir heyətinə məşğələlərin real döyüş
şəraitinə uyğun keçirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan silahlı
qüvvələrinin təxribatlarının qarşısını alarkən bölmələrimiz tərəfindən görülən
cavab tədbirlərini yüksək qiymətləndirdiyini qeyd edən Baş Qərargah rəisi Ali
Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, onların dəqiq
və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək
səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqinin təmin edilməsi
ilə bağlı müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə çatdırıb.

Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr
təqdim edilib.

Source link