Baş toksikoloq: Qaz cihazlarında zəhərlənmə əleyhinə xüsusi qurğu var

Baş toksikoloq: Qaz cihazlarında zəhərlənmə əleyhinə xüsusi qurğu var

Baxış sayı: 7. 145 dəfə baxılıb.

Bu ilin yanvar ayında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 18 nəfər, fevral ayında 20 nəfər, mart ayında isə 6 nəfər dəm qazı zəhərlənmələri ilə daxil olub.

ÇıxışYolu.Com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, dəm qazından zəhərlənmə statistikasında qadınlar 70 faiz göstərici ilə üstünlük təşkil edir:

“Yanvar ayında iki, fevralda üç, martda isə cəmi bir uşaq dəm qazından zəhərlənib. Hazırda şöbədə qalan xəstə yoxdur və müraciət edənlər arasında ölüm faktı qeydə alınmayıb”.

Şöbə müdiri əlavə olaraq  qeyd edib ki, fevral ayında iki nəfər sirkə turşusu, 11 nəfər kəskin allergik reaksiya ilə şöbəyə müraciət daxil olub:

“Hər gün də olmasa, bir gündən bir axşam saatlarında 6-7 nəfər spirtli içki ilə bağlı müraciət edir. Onlar da həkimlərin tibbi müdaxiləsindən sonra evlərinə buraxılıb”.

A. Maqsudov dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün də məsləhət verib:

“Harada qaz cihazı varsa, onda diqqətli olmalı, qaydalara riayət edilməlidir. Əgər xəstənin huşu özündədirsə, onu təmiz havaya çıxarmaq lazımdır. Bu cür hallar hamam otağında baş verir.

Bundan başqa, həmin insanın bədən hərarəti düşdüyündən üstünü örtmək və isti su vermək lazımdır. Huşu üzərində olmayan insanların açıq havaya çıxararaq ağız boşluğunda nəfəs yollarının açılması üçün seliyi təmizləmək lazımdır. Bundan sonra dərhal təcili yardıma müraciət edilməlidir”.

Şöbənin müdiri verdiyi açıqlamada dəm qazından zəhərlənmənin qarşısının alınmasının mümkün olduğunu da vurğulayıb:

“Dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür. Qaz cihazlarında işarə verən xüsusi qurğular var. Onlar qaz cihazlarına yerləşdirilsə, dəm qazı əmələ gələndə işarə verir və qaz verilişi dayanır”.

.
www.ÇıxışYolu.Com