Basketbol tarixinin bir nömrəli basketbolçusunun ayaqqabısı da dünyanın hərrac
tarixinə düşdü – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əfsanəvi amerikalı basketbolçu Maykl Cordan növbəti dəfə tarix yazıb. Onun
çempionluq idman ayaqqabısı kolleksiyası hərracda rekord qiymətə – 8 milyon
dollara (13,6 milyon manat) satılıb.
Cordan bu ayaqqabı dəstində NBA finalının hamısında qalib gəlib, eyni zamanda,
liqanın ən dəyərli oyunçusu olub. Dəstə “Air Jordan VI” (1991), “Air Jordan
VII” (1992), “Air Jordan VIII” (1993), “Air Jordan XI” (1996), “Air Jordan XII”
(1997) və “Air Jordan XIV” (1998) daxildir.
Seçilmiş slotlardan bəzilərində “Çikaqo Bullz” ulduzunun şəxsi avtoqrafları
var.
Qeyd edək ki, hərracda Cordanın idman ayaqqabılarının ümumi dəyəri 8 032 800
dollar (13 655 760 manat) olub. Bu, dünya rekordudur.
Maykl Cordan “Çikaqo Bullz”un tərkibində altıqat NBA çempionu və ikiqat
Olimpiya çempionudur (1984, 1992). O, hazırda NBA-nın “Şarlot Hornets” klubunun
sahibidir.
Mənbə: Sports.ru