55cf7d2a-58a9-4378-8e09-ca50f7e765ac..jpg

Basketbol üzrə Azərbaycan milli komandaları Ermənistan yığmaları ilə eyni qruplara düşüb – FOTO

Baxış sayı: 596 dəfə baxılıb.

Basketbol üzrə Azərbaycan milli komandaları Ermənistan yığmaları ilə eyni
qruplara düşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Basketbol üzrə aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının Avropa
çempionatındakı rəqibləri bəlli olub.

Azərbaycan Basketbol Federasiyasından Cixisyolu.com-a verilən məlumata görə, 20
yaşadək oğlan basketbolçulardan ibarət yığma B divizionunun B qrupunda
Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya seçmələri ilə
qarşılaşacaq. Bu qrupun oyunları iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində
keçiriləcək.

18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi iyulun 23-28-də Albaniyanın
Elbasan şəhərində təşkil olunacaq C divizionunun B qrupunun oyunlarında
Moldova, Ermənistan və Monako komandaları ilə üz-üzə gələcək.

Eyni yaş qrupu üzrə qızlardan ibarət kollektiv isə həmin tarixlərdə Kosovonun
Priştina şəhərində keçiriləcək C divizionunun B qrupunun matçlarında Albaniya,
Gürcüstan və Ermənistan yığmalarını sınağa çəkəcək.

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi C Divizionunda Albaniya,
Malta və Moldova ilə birlikdə A qrupunda mübarizə aparacaq. Görüşlər iyulun
9-14-də Albaniyanın Durres şəhərində olacaq.

Eyni tarixlərdə qızlardan ibarət U-16 yığması isə C divizionunun A qrupunda
Gürcüstan, Ermənistan və Kipr seçmələrinə rəqib olub. Bu qrupun oyunları
Cəbəllütariqdə keçiriləcək.

Source link