Yaponiyalı mühəndislər basketbol meydançasında cərimə zərbələrini ideal səviyyədə yerinə yetirən robot yaradıb.
ÇıxışYolu.Com “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, robot özünü peşəkar basketbolçu kimi aparır. Dizlərini bir qədər qatlayaraq, topu bir əlində saxlayır.
Basketbolçu robot Yaponiyanın “Alvark Tokyo”komandasının idmançıları ilə oyunda sınaqdan keçirilib.
Məlum olub ki, insanlardan fərqli olaraq, bu robot daha sərrast atışlarla topu səbətdən keçirir.